İranın xarici işlər naziri Qətərdə HƏMAS lideri İsmayıl Haniyə ilə görüşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, başçılar Fələstində baş verənləri və Qəzzadakı münaqişələrə humanitar fasilə verəcək kompromisləri qiymətləndiriblər.
Görüşdə İsrailin hücumlarını davam etdirdiyi Qəzzada vəziyyət, Fələstində baş verən hadisələr, münaqişələrə humanitar fasilə verəcək barışıq və Fələstin xalqına humanitar, siyasi sahədə regional və beynəlxalq dəstəyi gücləndirmək yolları müzakirə edilib.
Abdullahiyan Qətərdən əvvəl getdiyi Livanda Fələstin İslami Cihadının baş katibi Ziyad ən-Nəhhale, HƏMAS-ın Ərəb və İslam Dünyası ilə Əlaqələr İdarəsinin rəhbəri Xəlil əl-Hayye və baş katib ilə də görüşüb.
İranlı nazir dünən Qətərin paytaxtı Dohada xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşüb və ölkəsinin İsrail və HƏMAS arasında münaqişələrə humanitar fasilə verəcək kompromis əldə olunmasını müsbət qarşıladığını bildirib.
Mikayıl