İranla sərhəddə atışma: bir nəfər zərərsizləşdirildi

İranla sərhəddə atışma: bir nəfər zərərsizləşdirildi
SİYASƏT
12:13 05.04.2022
520
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

4 aprel tarixində saat 20:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Horadiz" sərhəd dəstə­si­nin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən 6 nəfər silahlı naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunmuş­dur.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Sərhəd naryadı tərəfindən "Dayan" əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açıl­mış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd etmişlər.

Sərhəd naryadı yaranmış vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirmiş, "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsiz­ləşdirmişdir. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olmuşlar.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Behnam Balai olması müəyyənləşdirilmiş, onun yanında AKM tipli Kalaşnikov avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkar olunmuş­dur.

Hadisə yerindən uzaqlaşmış digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İİR vətəndaşı Məhəmməd Zarehi Tağı sərhəd­boyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanaraq saxlanılmış, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılmışdır.

Fakt üzrə cinayət işi başlanılmış, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
18:18 08.10.2026
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar