İranla sərhəddə Pakistan sərhədçiləri öldürülüb

İranla sərhəddə Pakistan sərhədçiləri öldürülüb
DÜNYA
19:18 01.06.2023
257
Pakistan İranla sərhəddə terror qruplaşmanın hücumu nəticəsində iki sərhədçisinin öldürüldüyünü açıqlayıb.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin media orqanı məlumat yayıb.

Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç bölgəsində baş verib.

"Bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin postunu atəşə tutub. Terrorçulara qarşı effektiv tədbir görülməsi üçün İran tərəfi ilə lazımi əlaqə qurulur”, - məlumatda qeyd olunub.
 
///APA 
OXŞAR XƏBƏRLƏR