İranlı futbolçu edam edilə bilər - Etiraz aksiyalarında...

İranlı futbolçu edam edilə bilər - Etiraz aksiyalarında...
DÜNYA
00:06 15.12.2022
356

İranlı futbolçu Əmir Nəsr-Azadanini ölüm cəzası gözləyir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, iranlı futbolçu Əmir Nəsr-Azadaninin edam təhlükəsi olduğu məlumatı yayılıb.

Yayılan iddialardan sonra Dünya Peşəkar Futbol Assosiasiyası (FİFPRO) Tehrana reaksiya verib. 

Ümumdünya Peşəkar Futbolçular Assosiasiyası (FIFPRO) iranlı futbolçu Əmir Nəsr-Azadaninin üç aydır ölkəni sarsıdan etirazlarla bağlı ölüm cəzasına məhkum edilməsi riskindən şoka düşdüklərini bildiriblər.

"FİFPRO ölkəsində qadın hüquqları və əsas azadlıqları uğrunda mübarizə aparan peşəkar futbolçu Əmir Nəsr-Azadaninin İranda edam ediləcəyi xəbərindən şoka düşüb və ikrah hissi keçirib. Biz Əmirlə həmrəyik", - birliyin "Twitter” hesabında deyilir. 

Qeyd edək ki, futbolçu Əmir Nəsr-Azadani İsfahanda 3 təhlükəsizlik qüvvəsinin öldürüldüyü silahlı qiyamda iştirak etdiyi üçün həbs edilib.  

Əmir Nəsr-Azadani də daxil olmaqla ən azı 9 nəfəri ölüm cəzası gözləyir.

Ayşən

OXŞAR XƏBƏRLƏR