İran futbolçuları ölkələrində yaşanan siyasi məsələlərə görə ölkə himnini oxumayıblar.
AZXEBER.COM xəbər verir ki, bu gün Qətərdə baş tutan futbol üzrə dünya çempionatının İngiltərə - İran oyunundan öncə maraqlı olay yaşanıb.
Belə ki, iranıə futbolçular oyundan öncə ölkə himnini oxumayıblar.
İddiaya görə, buna səbəb futbolçuların İrandakı molla rejiminə etirazıdır. Onlar günahsız insanların repressiyasına bu formada etirazlarını bildiriblər.