İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək

İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
DÜNYA
21:37 15.10.2026
136
İranda quru əməliyyatına başlayacağı təqdirdə ABŞ-ni ciddi itkilər gözləyir. Bu, Amerika əsgərlərinin kütləvi şəkildə əsir götürülməsinə səbəb olacaq.

"Tasnim" agentliyi xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Nəğdi bildirib.

Nəqdi həmçinin bölgədəki Amerika hərbi gəmiləri üçün təhlükə barədə xəbərdarlıq edib. O, iddia edib ki, çoxlu sayda əsgər daşıyan gəmiyə hücum ABŞ daxilində çoxlu sayda itkiyə və ciddi nəticələrə səbəb ola bilər. Generala görə, Vaşinqton İordaniya, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki qüvvələrinin itkiləri ilə bağlı real məlumatları gizlədib.

Nəğdi İranın bölgədəki Amerika bazalarına və yüzlərlə hərbi obyektə zərbələr endirdiyini, helikopterlərini, qırıcılarını, dronlarını məhv etdiyini vurğulayıb.

General iddia edir ki, ABŞ-ın İran siyasi sistemini devirmək və ölkəni bölmək kimi ilkin məqsədləri uğursuz olub: "Tehran öz nailiyyətləri arasında təkcə hücumların dəf edilməsini deyil, həm də İranın beynəlxalq mövqelərinin möhkəmləndirilməsini görür".
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR