İran millisinin sabiq futbolçusu Əli Daei İran tərəfindən onun ailəsinin təyyarədən endirilməsi hadisəsinə münasibət bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Daei həyat yoldaşı və qızının Dubaya getmək üçün Tehrandan qanuni olaraq təyyarəyə mindiyini, lakin təyyarənin Dubay yolundan dönərək Fars körfəzindəki Kiş adasına endiyini, həyat yoldaşı və qızı üçün lazımi təşəbbüsləri etdiklərini söyləyib.
Yerli mətbuatda çıxan həbs xəbərini təkzib edən Daeibunları deyib: "Qızım və həyat yoldaşım təyyarədən endikdən bir saat sonra dedilər ki, qızınız gedə bilər. Qızım getmək istəyəndə təyyarənin qapılarının bağlı olduğunu, onun da gedə bilməyəcəyini dedilər”.
Ailəsinin bir neçə günlük Dubaya getməyi və bazar ertəsi qayıtmağı planlaşdırdığını qeyd edən Daei xaricə getməyə qadağa varsa, polisin bunu əvvəlcədən sistem vasitəsilə göstərməsi lazım olduğunu qeyd edib.
Belə bir vəziyyətə təəccübləndiyini vurğulayan Daei qeyd edib ki, pasport nəzarətindən kifayət qədər qanuni keçiblər təyyarəyə miniblər: "Həyat yoldaşımı və qızımı endirmək üçün Dubaydan o qədər sərnişini geri gətirdilər. Əgər problem olubsa, niyə həbs etmirdilər? Əgər problem yoxdursa, niyə qaytarıblar? Bu suallar cavab verməlisiniz”.
Aydın