İran İslam Respublikası Avropa ölkələri də daxil olmaqla 17 ölkəyə neft ixrac edir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci bildirib.
"Xarici media İranın Avropaya neft ixrac etdiyini yazır. Bəli! Üstəlik, İran dünyanın 17 ölkəsinə neft ixrac edir”, - nazir qeyd edib.
Onun sözlərinə görə, İslam Respublikası iqtisadi müharibə vəziyyətindədir və statistikanı açıqlamayacaq.