İranlı nazir: ABŞ-la neft-qaz sahəsində əməkdaşlıq mümkündür

İranlı nazir: ABŞ-la neft-qaz sahəsində əməkdaşlıq mümkündür
DÜNYA
18:25 20.02.2026
378
İranın neft naziri Mohsen Paknejad ölkəsi ilə ABŞ arasında neft-qaz sektorunda əməkdaşlıq ehtimalından danışıb.

O, nüvə danışıqlarını nəzərə alaraq, "hər şey mümkündür” deyib.

Nazir Tehranla Vaşinqton arasında neft-qaz sektorunda əməkdaşlığın hazırda həyata keçirilib-keçirilməyəcəyinin bəlli olmadığını qeyd edib.

Qeyd edək ki, bundan əvvəl bəzi KİV-də İranın ABŞ-a neft sahəsində əməkdaşlıq təklif etdiyi ilə bağlı yazılar dərc olunub.
 
\apa
OXŞAR XƏBƏRLƏR