İranlı nazirdən Trampın təhdidinə REAKSİYA

İranlı nazirdən Trampın təhdidinə REAKSİYA
DÜNYA
16:53 11.06.2025
372
İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ prezidenti Donald Trampın təhdidləri ilə bağlı danışıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Nəsirzadə ABŞ prezidenti Trampın nüvə razılaşması olmadığı təqdirdə İrana hərbi hücum edəcəkləri ilə bağlı təhdidini dəyərləndirib.

ABŞ ilə nüvə müzakirələrinin uğurlu olacağına ümid etdiklərini ifadə edən Nəsirzadə, "ABŞ ilə danışıqlar uğursuz olarsa, münaqişə və qan tökülməsi ilə hədələyir. Ümid edirəm ki, danışıqlar uğurla nəticələnəcək, amma uğursuzluğa düçar olarsa və qarşıdurma bizim üzərimizə qoyularsa, qarşı tərəfin itkiləri mütləq bizimkindən çox olacaq" deyə bildirib.

ABŞ-ın bölgədəki bütün bazalarının İranın hücum dairəsində olduğunu bildirən Nəsirzadə, "Əgər bu baş verərsə, ABŞ bölgəni tərk etməlidir, çünki biz çəkinmədən bölgədəki bütün Amerika bazalarını hədəf alacağıq" ifadələrindən istifadə etdi.

Gülay
OXŞAR XƏBƏRLƏR