İranlı qadınlar çadralarını atırlar - FOTOLAR

MARAQLI
12:30 10.05.2014
4755
Baş örtüyünü açmış qadın “Bacılar, hicaba riayət edin” yazısının qarşısında şəkil çəkdirib internetə yerləşdirib. 
Başqa bir qırmızı saçlı və günəş gözlükləri taxan qadın isə Persepolis xarabalıqları önündə şəklini paylaşır – alt yazısında da “Bir neçə saniyə sürən azadlıq” yazısı var. İki qız isə Xəzərin İran sahillərində hicabsız rəqs edən yerdə şəklini paylaşır.
AZXEBER.COM "Azadlıq Radiosu"na istinadən bildirir ki, bu cür onlarla iranlı qadın şəkillərini Facebook səhifəsində paylaşır. “İran qadınlarının gizli azadlığı” adlı səhifənin rəhbəri deyir ki, onlar heç bir siyasi qrupa aid deyillər, sadəcə bu qadınların özlərinin sosial və hüquqi qadağalara qarşı etiraz bildirmə formasıdır.
Səhifəni may ayında mühacirətdəki iranlı jurnalist qız Məsih Alinejad yaradıb. Məsihin sözlərinə görə, İranın hər yerindən ona yüzlərlə gənc və hətta yaşlı qadınlar da hicabsız şəkillərini göndərirlər.
Mayın 3-dən bu yana səhifə artıq 72 min dəfə bəyənilib.
İranda hicab və ya baş örtüsü 1979-cu ildən bəri məcburidir. Üstəlik, əxlaq polisi vaxtaşırı olaraq qadınların geyiminə nəzarət edir.
OXŞAR XƏBƏRLƏR