Fransada yaşayan iranlı Məhəmməd Moradinin intiharı bütün dünyada danışılır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İran vətəndaşlarının rejim əleyhinə etirazlarını davam etdirərdiyi vaxt Fransada yaşayan İran vətəndaşının intiharı müzakirələrə səbəb olub.
Məlumata görə, 38 yaşlı Məhəmməd Moradi İranda baş verənlərə diqqət çəkmək üçün Fransada Ron çayında intihar edib.
İntihar etməzdən əvvəl video çəkərək İranda baş verənlər və intiharın səbəbindən danışan Moradi deyib ki, iranlıların başına gələnlərə göz Yuma bilmədi: "Başqa bir ölkədə yaşasam da, iranlıların başına gələnlərə gözümü yuma bilmirəm, ölməyi üstün tuturam. Ümid edirəm ki, mənim vəfatımdan sonra ölkəm və mediam İrana diqqət yetirəcək”.
Aydın