İranlı sürücü Şəmkirdə piyadanı vuraraq öldürdü

İranlı sürücü Şəmkirdə piyadanı vuraraq öldürdü
SOSİAL
10:38 20.12.2021
161
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə dekabrın 19-u saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 400-cü hissəsində qeydə alınıb.

Belə ki, İran vətəndaşı Sorkhşaban Jabar Abolfazl oğlu idarə etdiyi "Volvo” markalı yük maşını ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Məmmədov Sənan Fikrət oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR