İranlı zəvvarları "Ərbəin" mərasimi üçün aparan avtobus İraqın Bəsrə-Şələmçə magistralında qəzaya uğrayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
İranın Fövqəladə Hallar İdarəsinin məlumatına əsasən, qəza nəticədə 4 nəfər həyatını itirib, 57 nəfər isə yaralanıb.
Qəzanın avtobusun yol kənarındakı maneəyə çırpılması səbəbindən baş verdiyi bildirilir. İranın Qızıl Aypara Cəmiyyəti hadisə yerinə 10 əməliyyat qrupu göndərib.
/Oxu.Az