İraq Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” peykinin xidmətlərindən istifadə etmək istəyir.
AZXEBER.COM xəbər verir ki, bu barədə İraq-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında İraqın rabitə və əyalət naziri Torhan Müder Həsən Əl Müftibildirib.İraqlı nazir həmçinin Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsində əldə etdiyi təcrübədən yararlanmaq istədiklərini qeyd edib.Azərbaycanın rabitə və informasiya texnologiyaları Əli Abbasovİraqla təcrübələrini bölüşməyə hazır olduqlarını və Azərbaycanın da iştirak etdiyi regional layihələrdə, o cümlədən Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsində İraqın da iştirak edə biləcəyini qeyd edib:“İraq bu layihənin əsas icraçılarından olan Türkiyə ilə qonşudur və bu da layihədə iştirak etməsinə imkan verir”.