İraq hava məkanını daha 3 gün uçuşlara bağlı saxlayacaq

İraq hava məkanını daha 3 gün uçuşlara bağlı saxlayacaq
DÜNYA
14:06 22.03.2026
264
Yaxın Şərqdə ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatları səbəbindən İraq hava məkanını uçuşlara bağlama müddətini daha 72 saat uzadıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İraq Mülki Aviasiya İdarəsinin açıqlamasına görə, bu qərar 25 mart Çərşənbə günü saat 12:00-a qədər qüvvədə olacaq.

Qeyd edək ki, İraq 28 fevralda ABŞ-İsrail hücumlarını pisləmək məqsədilə hava məkanını ilk dəfə 24 saatlıq bağlamış, bu müddət sonradan bir neçə dəfə uzadılmışdı.
 
Gülay
OXŞAR XƏBƏRLƏR