İraq naziri: ABŞ tərəfindən saxlanılan İran tankerləri saxta sənədlərlə hərəkət edib

İraq naziri: ABŞ tərəfindən saxlanılan İran tankerləri saxta sənədlərlə hərəkət edib
DÜNYA
14:01 24.03.2025
441
ABŞ tərəfindən Fars körfəzində saxlanılan İran neft tankerləri saxta İraq sənədləri ilə üzüb.

Bunu İraqın neft naziri Hayan Abdel-Qani bildirib.

"Biz ABŞ tərəfini məlumatlandırdıq ki, bu sənədlər saxtadır və bizim onlarla heç bir əlaqəmiz yoxdur", - nazir vurğulayıb.

Qeyd edək ki, martın 20-də ABŞ Dövlət Departamenti İran neftinin satışına yönəlmiş dördüncü sanksiya paketini elan edib. Dövlət Departamentinin rəsmi bəyanatına görə, sanksiyalar İran neftinin alınması ilə məşğul olan bir təşkilata, həmçinin 19 hüquqi şəxsə və gəmiyə qarşı tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR