7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşid tərəfindən qəbul edilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı Azərbaycan və İraq arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.