İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib
DÜNYA
21:35 02.06.2024
175

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, terrorçulardan 14-ü İraqın Hakurk və Metina, ikisi isə Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı bölgəsində zərərsizləşdirib.

Açıqlamada terrorun mənbəyində məhv edilməsi üçün əməliyyatların əzm və qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

OXŞAR XƏBƏRLƏR