İraqda hökumət əsgərləri İŞİD-lə savaşda ələ keçirdikləri ərazidə sağ qalan azərbaycanlı uşaq tapıblar.
AZXEBER.COM-un əldə etdiyi videoda, balaca uşağın əsgərlərlə söhbəti əksini tapıb. Yaralı vəziyyədə olan azərbaycanlı uşaq ərəb dilində ona sual verən əsgərləri başa düşmədiyi üçün öz dilində danışır. O qolundan yaralandığını və anasının yanaraq öldüyünü deyib.
Əsgərlər həmin ərazidə bir çox uşaq meyidləri də aşkarlayıblar. Həmin uşaq meyidləri İŞİD-də vuruşmaq üçün gələn yaraqlıların uşaqlarıdır. Onlar arasında valideynləri öldürülmüş azərbaycanlı uşaqların olduğu istisna edilmir.
Həmin görüntüləri təqdim edirik: