İraq 37 ildən sonra ümumi əhalinin siyahıyaalınmasını keçirəcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İraq Planlaşdırma Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə ümumi əhalinin siyahıyaalınması noyabrın 20-21-də keçiriləcək.
İraq Planlaşdırma Nazirliyinin sözçüsü Əbdülzəhra əl-Hindavi verdiyi açıqlamada siyahıyaalmanın 20-21 noyabrda aparılacağını və İraq Kürd Regional Rəhbərliyinin də daxil olacağı siyahıyaalmanın 37-dən sonra ilk ümumi siyahıyaalma olacağını bildirib.
Əl-Hindavi mayın 31-də sınaq siyahıyaalmasının keçiriləcəyini və tədris ili bitdikdən sonra 120 min siyahıyaalmaçının məktəblərdə təhsil alacağını bildirib.
Ayşən