İraqda törədilən bir neçə partlayış nəticəsində 19-dan çox insan həlak olub.
AZXEBER.COM “Reuters”ə istinadən xəbər verir ki, terror aktları Kərbəlada şəhid olan İmam Hüseyni yad etməyə gələn şiə müsəlmanlara qarşı törədilib.İnsidentlər nəticəsində polislər arasında da ölənlər olub. Partlayışlar İraqın şimalında yerləşən şəhərlərdə törədilib.