İraqda İŞİD-in "başı kəsildi" - Liderləri öldürüldü

DÜNYA
16:01 22.10.2024
134
İraq Xüsusi Əməliyyat Qüvvələri İŞİD-in "İraq qubernatoru” kimi tanınan terrorçu komandirini məhv ediblər.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, həmin komandirlə birlikdə 8 terrorçu da zərərsizləşdirilib. 

Bu barədə məlumatı İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani açıqlayıb.

Qeyd edək ki, öldürülən İŞİD komandiri terror təşkilatının İraqdakı bütün hərəkətlərinə cavabdeh idi.
 
Terrorçu komandirin ölümü ilə İŞİD-in İraqdakı ən vacib dayaq nöqtəsi qırılmış oldu.

Mikayıl
OXŞAR XƏBƏRLƏR