İraqda kimsəsizlər evində olan 20-dək azərbaycanlı uşaq Bakıya göndəriləcək

İraqda kimsəsizlər evində olan 20-dək azərbaycanlı uşaq Bakıya göndəriləcək
SOSİAL
12:06 10.11.2017
956
"İraqda kimsəsizlər evində qalan 20-ə yaxın azərbaycanlı uşaq yaxın günlərdə Azərbaycana göndəriləcək”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.
R. Qafarov bildirib ki, hazırda sənədləşmə işləri aparılır.
Onun sözlərinə görə, uşaqların Azərbaycanda qohumlarının olub-olmadıqlarına dair hələ məlumat yoxdur: "Həmin uşaqlarla görüşmüşük. Yaxın günlərdə ölkəmizə göndərəcəyik”.
İraqda İŞİD-lə əlaqədə ittiham olunan 200 azərbaycanlı qadının həbs edilməsi xəbərlərinə gəldikdə isə R. Qafarov qeyd edib ki, İraqdakı nümayəndəliyimiz Xarici İşlər Nazirliyi və İraqın yerli qurumları ilə bu məsələyə dair birgə işləyir və məsələnin müsbət həlli üçün çalışır.
Diplomat qeyd edib ki, qadınlar üçün vəkil tutulacaq: "Onların həbsdə qalmaması və azad olunaraq Azərbaycana göndərilməsi üçün çalışacağıq. Hazırda bu işlə məşğuluq, araşdırma gedir. Təbii ki, başqa ölkənin qanunlarını pozan hər bir əcnəbi vətəndaş qanun çərçivəsində cəzasını çəkməlidir, ancaq qadın olduqları üçün İraqın yerli qurumları ilə işləyirik və köməklik göstərməyə çalışırıq”.
Qeyd edək ki, iraqlı deputat Vian Dahil şəxsi "Twitter” səhifəsində hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib. Deputatın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. V. Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı açıqlamada qeyd edilib ki, bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi təmasdadır.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi