İraqda məscidin günbəzi uçub, azı 12 nəfər xəsarət alıb

İraqda məscidin günbəzi uçub, azı 12 nəfər xəsarət alıb
DÜNYA
19:53 15.08.2023
231
İraqın şərqində yerləşən Vasit əyalətində məscidin günbəzinin uçması nəticəsində azı 12 nəfər xəsarət alıb.

Bu barədə "Shafaq News” portalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində məscidin bərpası ilə məşğul olan işçilər xəsarət alıb. Yaralılar təcili xəstəxanaya yerləşdirilib, məscidin bərpa işləri müvəqqəti dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR