İraqda oyun raket zərbəsi səbəbindən yarımçıq qaldı

İraqda oyun raket zərbəsi səbəbindən yarımçıq qaldı
DÜNYA
16:59 14.03.2026
135
İraq Futbol Çempionatının 22-ci turu çərçivəsində "Ərbil" və "Əl-Minaa" komandalarının qarşılaşması gözlənilməz raket zərbəsi səbəbindən yarımçıq dayandırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Antara Megapolitan" agentliyi məlumat yayıb.

Martın 14-də gecə Ərbil şəhərində keçirilən idman qarşılaşması sonadək oynanılmayıb. Görüşün son dəqiqələrində endirilən raket zərbəsi futbolçuları meydanı təcili tərk etməyə vadar edib. Hücumu həyata keçirən tərəfin kimliyi hələlik məlum deyil.

Fövqəladə hadisə baş verən anda ev sahibi "Ərbil" klubu 3:2 hesabı ilə qələbə qazanırdı. Matçın hakimləri yaranmış təhlükə ilə əlaqədar oyunu bərpa etməmək qərarına gəliblər və tablodakı hesabı yekun nəticə kimi rəsmiləşdiriblər.
/oxu.az
OXŞAR XƏBƏRLƏR