İraqda partlayış nəticəsində 24 nəfər həyatını itirdi

DÜNYA
11:48 04.12.2013
882

İraqda terror partlayışları və hücumlar nəticəsində 24 nəfər öldürülüb.

AZXEBER.COM-un RBK-ya istinadən verdiyi xəbərə görə, Bağdaddan 30 km şimalda olan Tarmiya şəhərində terrorçu-kamikadze mer ofisinin qarşısında özünü partladıb.Nəticədə 6-sı polis olmaqla, 10 nəfər həyatını itirib. Daha 18 nəfər isə yaralanıb.Bağdadın ətrafında olan avtosalonun qarşısında isə içərisində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partlaması nəticəsində 5 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb. Tikrit şəhərində isə 2 terrorçu-kamikadze özlərini polis binasının içərisində partladıblar - nəticədə 5 nəfər ölüb, 25 nəfər isə yaralanıb. Bundan əlavə, Əbu-Qraib rayonundakı bazarda və Samirə şəhərindəki polis bölməsinin qarşısında partlayışlar baş verib. 2 partlayış nəticəsində 4 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb.BMT-nin qiymətləndirməsinə görə, 2013-cü ilin əvvəlindən İraqda 8 min adam öldürülüb.

OXŞAR XƏBƏRLƏR