İraqda şəhid olan türk əsgərin ailəsinə son mesajı - "Arxamca ağlamayın"

İraqda şəhid olan türk əsgərin ailəsinə son mesajı - "Arxamca ağlamayın"
DÜNYA
14:27 26.05.2022
414
"Pəncə-Kilit” əməliyyatında şəhid olan Hüseyn Çankayanın son mesajı görənlərin göz yaşına səbəb olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, doğulduğu Kütahyada son mənzilə yola salınan Hüseyn Çankayanın yaxın dostuna yazdığı mesajı üzə çıxıb.

Çankaya şəhid olduqdan sonra bu mesajın ailəsinə çatdırılmasını istəyib:

"Şəhid olsam, bu mesajı valideynlərimə oxu… Mən o xainlərin gözünün içinə baxacam. Onlara lazım olanı edəcəyəm. Ana, ata, sizləri çox sevirəm. Arxamca ağlamayın, üzülməyin”.

48 yaşlı şəhidin atası Niyazi Çankaya mesajı oxuduqdan sonra oğlu ilə qürur duyduğunu bir daha dilə gətirib:

"Vətən sağ olsun. Oğlum sanki şəhid olacağını hiss edib. Dostuna şəhid olmazdan əvvəl mesaj göndərib. Çox duyğulandıq”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı keçirdiyi "Pəncə-Kilid" əməliyyatında 5 türk əsgəri şəhid olub. Əməliyyatında xidmət edən 28 yaşlı Çavuş Hüseyn Çankaya PKK terrorçuları ilə qarşıdurmada 4 yoldaşı ilə birlikdə şəhid olub. 
 
Aydın
OXŞAR XƏBƏRLƏR