Cümə axşamı İraqın bir neçə şəhərində törədilən silsilə terror aktları nəticəsində ən azı 25 nəfər həlak olub.
AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, məlumatı Frans-Press agentliyi yerli polisin məlumatına əsasən yayıb.
Məlumatda deyildiyinə görə, terror aktlarının ən böyüyü Bağdaddan 95 km cənubda yerləşən əl-Hilla şəhərində törədilib.Ticarət mərkəzinin yaxınlığında partladılan bomba nəticəsində ən azı 6 nəfər ölüb, 21 nəfər yaralanıb. Hakimiyyət orqanlarının bildirdiyinə görə, şəhərdə cəmi bir neçə dəqiqəlik fasilə ilə 3 partlayış baş verib.Partlayıcı qurğunun avtomobildə işə salınması nəticəsində Saləhəddin şəhərində də terror qurbansız ötüşməyib. 3 sakin həlak olub, ikisi yaralanıb. Terror aktı yerli polis bölməsinin rəisini öldürmək üçün törədilsə də, ona heç nə olmayıb.