Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında Metina bölgəsinə edilən hava əməliyyatında 4 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, terrorla mübarizə səngimədən davam edir. Təhlükəsizlik qüvvələri daxili və sərhədyanı əməliyyatlarla təşkilata ağır zərbələr endirir. Bu dəfə əməliyyatın ünvanı İraq olub.
Hava əməliyyatı ilə 4 PKK terrorçusu zərərsizləşdirilib.
Məsələ ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib. Bəyanatda deyilir:
"Mehmetçik İraqın şimalını terrorçulara daraldır. İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 4 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Terrora və terrorçulara qarşı mübarizəmiz effektiv və qətiyyətlə davam edəcək”.
Nəzrin