İraqın şimalında 16 terrorçu zərərsizləşdirildi

DÜNYA
13:12 23.08.2024
175
İraqın şimalında Hakurk, Asos, Qara və Metina bölgələrində aşkarlanan 16 PKK terrorçusu zərərsizləşdirilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında Hakurk, Asos, Qara və Metina bölgələrində aşkarladıqları 16 PKK terrorçusunu zərərsizləşdirib.

Terrorun tərkibində olan qüvvələrin məhv edilməsi üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik!”.
 
Oksana

OXŞAR XƏBƏRLƏR