İraqla İranı səhv saldılar

İraqla İranı səhv saldılar
DÜNYA
20:11 12.03.2026
220
Amerikanın məşhur televiziya kanalı "Fox News” Yaxın Şərqdəki gərginliklə bağlı coğrafi səhvə yol verərək İraqın əvəzinə İranın adını təsvir edib.

Sözügedən hadisə canlı yayım zamanı baş verib.

Qeyd edək ki, bu, ABŞ mediasında ilk belə hal deyil. Belə ki, daha əvvəl "Fox News” Misiri İraqla eyniləşdirmiş, Mərkəzi Amerika ölkələrini isə "üç Meksika ölkəsi” adlandırmışdı. Oxşar səhvlərə CNN kanalında da rast gəlinib, kanal bir dəfə Honkonqu Cənubi Amerikadakı subyekt kimi izləyicilərə təqdim etmişdi.

Məlumat üçün bildirək ki, ABŞ rəhbərliyindəki coğrafi yanlışlıqlar prezident səviyyəsində də özünü göstərib. ABŞ Prezidenti Donald Tramp çıxışlarının birində Ermənistanı Albaniya adlandırmışdı.

/qafqazinfo
OXŞAR XƏBƏRLƏR