'İrəli' Azərbaycanı İngiltərədə təmsil etdi

GƏNCLİK
14:04 04.07.2012
1722
Britaniya Konsulluğunun dəstəyi ilə Londonda “Gənclər Fəaliyyətdə” proqramı çərçivəsində “Gənclərdə demokratiyanın inkişafı“ adlı seminar keçirilib. Tədbirə Azərbaycan, Türkiyə, Almaniya, Belçika, Fransa, İsveçrə, Gürcüstan, Rusiya, Norveç, Lüksemburq, İtaliya, İslandiya və ümumilikdə 34 ölkədən 50 nəfərə yaxın gənc qatılıb. Tədbirdə “İRƏLİ” İctimai Birliyinin üzvü Vüsalə Məmmədova iştirak edib. Seminar çərçivəsində iştirakçılar təmsil etdikləri ölkələr və təşkilatların təqdimatını keçiriblər. Gənclərə “İRƏLİ”nin yaranma tarixi, fəaliyyət istiqamətləri, layihələri barədə ətraflı məlumat verilib. Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib. Yekun olaraq tədbirdə təmsil olunan gənclər gələcək əməkdaşlıq baradə razılaşma əldə ediblər.
OXŞAR XƏBƏRLƏR