'İrəli' Gənclər Təşkilatlarının IV Respublika sərgisində necə təmsil olundu?

GƏNCLİK
13:18 01.12.2012
1525

Üç gün davam edən və artıq yekunlaşan Gənclər Təşkilatlarının IV Respublika sərgisində 76 gənclər təşkilatı iştirak edərək öz fəaliyyətləri barədə sərgi ziyarətçilərini məlumatlandırıblar.

AZXEBER.COM xəbər verir ki, “İrəli” İctimai Birliyi də sərgidə ən fəal şəkildə təmsil olunub.Belə ki, “İrəli” pavilyonunda ziyarətçilərə təşkilatın fəaliyyəti və keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Ziyarətçilər eyni zamanda yaxın gələcəyə planlaşdırılan layihələr barədə məlumatlandırılıblar. Həmçinin təşkilata üzv olmaq istəyən gənclərin qeydiyyatı da həyata keçirilib.Sərgi müddətində Azərbaycanda gənclər üçün ilk onlayn radio olan “İrəli” Radio sərgi salonundan canlı yayımlanıb. Radionun qonaqları olan gənclər təşkilatları rəhbərləri və fəalları dinləyicilərlə fikirlərini bölüşüblər.

OXŞAR XƏBƏRLƏR