'İRƏLİ' Müslim Maqomayevi unutmadı - KONSERT OLACAQ
GƏNCLİK
13:06 10.08.2012
1625
“İRƏLİ” İctimai Birliyi və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək.AZXEBER.COM-un məlumatına görə, tədbir 18 avqust saat 18:00-da Filarmoniyanın nəzdində olan Kamera və Orqan Musiqi zalında baş tutacaq. Konsertdə "İRƏLİ" Mədəniyyət Mərkəzi üzvləri olan gənc ifaçılar dünya musiqi mədəniyyəti tarixində parlaq iz qoymuş dahi sənətkarın mahnılarını ifa edəcəklər. Eyni zamanda M.Maqomayevin həyatından bəhs edən qısa film nümayiş olunacaq. "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, öz sənəti ilə milyonların sevgisini qazanmış və Azərbaycanı dünyada tanıdan əvəzolunmaz Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramının təşkil olunması bizim üçün məsuliyyətli, eyni zamanda qürurverici hadisədir. Məqsədimiz dahi sənətkarın ruhuna hörmət nümayişi ilə yanaşı, həm də Müslüm Maqomayev irsinin gənclər arasında təbliğ olunmasıdır. Konsert proqramında 400 nəfər qonağının iştirakı gözlənilir.