“İrəli” nümayəndəsi Rusiyada keçirilən konfransda iştirak edib

GƏNCLİK
16:50 24.10.2013
1208

“İrəli” İctimai Birliyinin İnsan Resursları üzrə meneceri Niyaz Əliyev Rusiyanın Moskva şəhərində keçirilən Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konfransda iştirak edib.

AZXEBER.COM xəbər verir ki, konfrans Azərbaycan Mədəniyyəti Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOP) təşkilatçılığı ilə baş tutub.İlk olaraq mərkəzin rəhbəri Nigar Mustafayeva hər kəsi Müstəqillik Günü münasibəti ilə təbrik edib. Daha sonra Azərbaycanın qazandığı nailiyyətlərdən söz açıb və mərkəzin fəaliyyəti haqda qonaqları ətraflı məlumatlandırıb.Konfransın moderatoru tarix elmləri namizədi Natiq Əliyev isə Azərbaycanın müasir tarixi barədə konfrans iştirakçılarına məlumat verib.Konfransda həmçinin, diaspora nümayəndələri və Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

OXŞAR XƏBƏRLƏR