“İRƏLİ” sədri Beynəlxalq Gənclər Festivalında iştirak edib

GƏNCLİK
16:25 21.10.2013
1258

17-19 Oktybar 2013-cü il tarixlərində Gürcüstanın Siqnaxi şəhərində Gürcüstanın İdman və Gənclər Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan Azərbaycan və Gürcüstan gənclərinin Beynəlxalq Festivalı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının nümayəndələri iştirak ediblər.

Gürcüstanın Siqnaxi şəhərində təşkil olunan festival çərçivəsində hər iki ölkənin rəsmiləri arasında Azərbaycan və Gürcüstan hökumətləri arasında gənclərlə iş və idman sahələrində imzalanmış əməkdaşlıq haqqında Sazişlərin müddəalarını həyata keçirilməsi üçün 2014-2016-ci illəri əhatə edən tədbirlər planına dair sənəd imzalanıb.

Həmçinin Gürcüstan dövlətinin rəsmiləri ilə görüşlər keçirilib və hər iki ölkənin gənclər siyasəti, gənclər təşkilatlarının fəaliyyəti müzakirə edilib.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığı inkişaf etdirmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq, ölkə mədəniyyətini, adət-ənənələrini, tarixini təbliğ etməkolub.

OXŞAR XƏBƏRLƏR