“İrəli” və “Qarant İnvest” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
İQTİSADİYYAT
23:38 14.05.2012
2321
“İrəli” İctimai Birliyi ilə “Qarant İnvest” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. “İrəli” İB-in mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, müqaviləyə əsasən “İrəli” və “Qarant İnvest” şirkətinin birgə təşkilatçılığı ilə “Gənc İnvestor” layihəsinin reallaşdırılması, təcrübə proqramlarından istifadə olunması və maliyyə sektoru ilə əlaqədar bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Memorandum ictimai birliyin “İqtisad” Mərkəzinin rəhbəri Yusif Vəliyev və “Qarant İnvest” şirkətinin direktoru Fərid Səttərov tərəfindən imzalanıb. “İrəli” İctimai Birliyi və “Qarant İnvest” şirkəti arasındakı əməkdaşlığın əsas məqsədi maliyyə sahəsində tələbə və magistrlara ödənişsiz, yüksək keyfiyyətli təlimlərin həyata keçirilməsi, o cümlədən təlim iştirakçılarının maliyyə sahəsində təcrübə qazanmasına dəstək olmasıdır.