Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüş təşkil olunub.
Respublikanın bütün regionlarından yürüşlərdə iştirak etmək üçün müraciət edənlərin sayı 400-dən artıq olub. Yürüşdə həmçinin “İRƏLİ” Ekstrim klubun üzvləri Orxan Rüstəmli, Nərgiz Qurbanova, Mirzəağa Sadıqbəyli, Cavid Quliyev iştirak ediblər.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Xınalıq kəndi ərazisindən dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil olunan yürüşlər artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir.