“İrəli”nin “Find Your Way” layihəsi yekunlaşıb

GƏNCLİK
16:55 13.12.2013
1284

“İrəli” Tədqiqatlar və İnnovasiya Mərkəzi tərəfindən start verilən “Find Your Way” layihəsinin bağlanış mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, “İrəli” Gənclik Mərkəzində baş tutan layihənin bağlanış mərasimində iştirak edən “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev layihənin əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzu edib.Daha sonra aktivliyi ilə seçilən iştirakçılara sertifikatlar təqdim edilib.Layihə müddətində 30 iştirakçı 5 komandada mübarizə aparıblar. İştirakçılar komanda şəklində layihələr hazırlayaraq təqdim ediblər. Bir neçə mərhələdən ibarət olan layihədə “New Breath” komandası qalib olub.Layihənin əsas məqsədi “İrəli” İctimai Birliyinə yeni üzv olan gəncləri aktiv fəaliyyətə cəlb etmək olub.Qeyd edək ki, hər bir komandanın təqdim etdiyi layihələr həmin komanda iştirakçıları tərəfindən yaxın müddətdə icra olunacaq.

OXŞAR XƏBƏRLƏR