“İrəli”nin nümayəndəsi ABŞ-da təcrübə keçib

GƏNCLİK
14:24 29.11.2013
1403

Xətai rayon Bələdiyyəsi üzrə nümayəndə, “İrəli” İctimai Birliyinin üzvü Anar Rzayev ABŞ Dövlət Departamentinin PFP (Professional Fellowship Program) adlı proqramında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, proqramın əsas məqsədi dövlət və yerli özünüidarəetmə orqanlarında 25-35 yaş arası çalışan şəxslərə ABŞ-da təcrübə mübadiləsi keçməyə imkan yaratmaqdır.Proqramda ümumilikdə 50 ölkədən 239 gənc iştirak edib.A.Rzayev 1 ay müddətində Kaliforniya ştatının paytaxtı Sakramento şəhər meriyasında təcrübə keçib. Bu müddət ərzində şəhərdə keçirilən bir sıra tədbirlərdə iştirak edərək Azərbaycan haqqında ətraflı məlumat verib, şəhər rəsmiləri ilə görüşüb və Heydər Əliyev Fondu tərəfindən hazırlanan dərgiləri hədiyyə edib.O, Sakramento şəhər meri ilə görüşdə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti haqda danışıb. Eyni zamanda “İrəli” İctimai Birliyinin fəaliyyəti və həyata keçirdiyi layihələr haqda şəhər merinə məlumat verib.Bundan başqa A.Rzayev həmçinin şəhər qəzetində məqalə ilə də çıxış edib.

OXŞAR XƏBƏRLƏR