“İrəli”yə yeni baş katib təyin edilib

GƏNCLİK
16:53 14.11.2013
1322

13 noyabr tarixində “İrəli” İctimai Birliyinin İdarə Heyətinin yığıncağı keçirilib.

AZXEBER.COM xəbər verir ki, “İrəli” sədri Rauf Mərdiyevin rəhbərliyi ilə keçirilən iclasda birliyin yeni baş katibi müəyyənləşib və Azər Abdullayev birliyin baş katibi təyin olunub.Məlumat üçün bildirək ki, Azər Abdullayev 2011-ci ildə Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2009–2011-ci illərdə Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatında sədr müavini vəzifəsində çalışıb. 2011-ci ildə “İrəli” İctimai Birliyinin Təhsil müəssisələri ilə iş üzrə katib vəzifəsinə təyin edilib. Eyni ilin mayında “İrəli” İctimai Birliyinin İdarə Heyətinə seçilib.2012-2013-cü tədris ilini Böyük Britaniyanın Mançester Universiteti, Mexanika, Aerofəza və Mülki müdafiə fakültəsində İT layihələrin idarə olunması ixtisası üzrə magistr pilləsində təhsil alıb.Xatırladaq ki, 30 May 2012-ci il tarixindən “İrəli” İctimai Birliyinin baş katibi vəzifəsini Nərmin Məmmədova icra edib. Hal-hazırda Nərmin Məmmədova fəaliyyətini İdarə Heyəti üzvü kimi davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR