İremin konsertində evlilk təklifi edildi - VİDEO

İremin konsertində evlilk təklifi edildi - VİDEO
MAQAZİN
17:12 28.12.2019
3411
Ötən gün türkiyəli məşhur müğənni İrem Derici paytaxtımızın qonağı olub. 
 
AZXEBER.COM xəbər verir ki, müğənni "Elektra Events Hall"da sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edib. Müğənni konsertdən öncə mətbuatın qarşısına keçərək sualları cavablandırıb. İrem Azərbaycanı çox bəyəndiyini hətta burada yaşamaq istədiyini dilə gətirib. 
 
"Artıq türk kişilərindən bezdim, istəyirəm ki, Azərbaycanlı bir bəylə evlənim. Azəri gəlini olsam hətta gəlib, burada da yaşaya bilərəm. Ümumiyətlə sevgim üçün hər şeydən qurban keçən bir insanam". 
 
Konsert maraqlı anlarla yadda qalıb. Belə ki, müğənni "Aşk eşitdir bizi" mahnısını ifa edərəkən onu izləməyə gələn fanatları bir-birlərinə evlilik təklifi ediblər. Bunu görən İrem cütlüyü səhnəyə dəvət edib. 
 
Konsertdən özəl görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR