‘İrəvan çirkin təbliğatda azyaşlı uşaqlardan istifadə edir’

‘İrəvan çirkin təbliğatda azyaşlı uşaqlardan istifadə edir’
SİYASƏT
09:24 13.03.2015
1547

Azərbaycan XİN: “Ermənistandakı diktatura rejimi öz vətəndaşlarına qarşı da amansız davranır...”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistandan könüllü surətdə Azərbaycana keçmiş, daha sonra bu ölkəyə təhvil verilmiş Yegişe Gevorkyanın ailə üzvlərinə qarşı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən cinayət işinin açılmasına münasibət bildirib.
XİN mətbuat xidmətindən verilən xəbərə görə, Hacıyev öncə Yeqişe Gevorkyanın ailəsi ilə birlikdə Ermənistanda üzləşdiyi acınacaqlı vəziyyət və ifrat yoxsulluqdan xilas olmaq üçün bir neçə il bundan əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçdiyini xatırladıb: “Humanizm prinsiplərindən çıxış edərək Azərbaycan tərəfindən Yeqişe Gevorkyan və onun ailəsinin saxlanması üçün normal şərait yaradılıb. Mütəmadi əsasda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də bu ailəyə baş çəkilib”.
XİN sözçüsü deyib ki, kriminal keçmişi olduğuna görə üçüncü dövlətə miqrasiya etmək niyyətində olan Y.Gevorkyan digər dövlətlər tərəfindən qəbul edilməyib. Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə o, 12 dekabr 2014-cü il tarixində Ermənistana təhvil verilib:
“Ermənistan isə öz doğma torpağında ata-analarının qəbirlərini ziyarət edən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürdü, digər soydaşımız Həsən Həsənovu isə vəhşicəsinə qətlə yetirdi. Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurama məhkəmə təşkil etdi. Beynəlxalq humanitar hüquqa əsasən mülki şəxslərə münasibətdə bu cür davranış qəbuledilməzdir. Ermənistanın hərbi diktatura rejimi tərəfindən öz vətəndaşlarına münasibətdə də bu cür humanizm və insan hüquqlarından tamamilə kənar davranış nümayiş etdirilir. Ermənistana təhvil verildikdən dərhal sonra Yegişe Gevorkyan və onun ailə üzvləri Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində ictimai ifadələr verməyə vadar edildilər. Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmədi”.
Bəyanatda daha sonra deyilir: “Hələ 15 dekabr 2014-cü il tarixində XİN tərəfindən bu məsələyə münasibət bildirilən zaman əvvəllər Ermənistana təhvil verilmiş bu ölkənin digər vətəndaşları kimi Gevorkyan ailəsinin də işgəncələrə məruz qoyulacağı, uzun müddət zorla Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediləcəyi və həbs ediləcəyi qeyd olunmuşdu. Ona görə də Ermənistandakı hərbi diktatura rejiminin mahiyyətini nəzərə alaraq, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən Yegişe Gevorkyanın cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilən idi”.
Xatırladaq ki, Ermənistan vətəndaşları Yegişe və Ruzanna Gevorkyanlar 3 uşaqları ilə birlikdə 2010-cu ilin yanvarında Azərbaycana keçiblər. Onlar barəsində cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi (“Müvafiq sənədlər və icazə olmadan sərhədi keçmə”) əsasında açılıb. Bu maddə maksimum 3 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Cinayət işinə əsasən Yegişe və Ruzanna Gevorkyan əsas təqsirləndirilən şəxslər qismində dindiriləcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR