“İrəvan şəhərinin əksəriyyəti azərbaycanlılar idi” - Asim Mollazadə

“İrəvan şəhərinin əksəriyyəti azərbaycanlılar idi” - Asim Mollazadə
SİYASƏT
15:10 04.06.2020
1167
Xəbər veridiyimiz kimi, dünən ölkə prezidenti Tərtər və Ağcabədi rayonlarında səfərdə olub. Səfər zamanı prezident İlham Əliyev ADR-in tarixi və İrəvanın əzəli Azərbaycan torpağı olduğunu deyib. 

Məsələ ilə bağlı Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AZXEBER.COM-a açıqlama verib. 

O, açıqlamasında Ermənistan dövlətinin hər zaman mülki əhaliyə qarşı qətllər törətdiyini bildirib: 
 
"Qədim Azərbaycan şəhərinə ermənilər Rusiya imperiyası dövründə köçürülüblər. Azərbaycan ərazisində erməni dövləti yaradılaraq öz doğma torpaqlarından didərgin salınıblar. Bu həm Rusiya, həm də Sovet İmperiyası zamanı olub. 80-ci illərin sonunda ermənilər mülki əhaliyə qarşı qəddarlıq nümayiş etdirərək azərbaycanlıları bu torpaqlardan çıxarıblar".
 
"Bu gün İrəvanda qatilə heykəl qoyulur. Azərbaycan rayonarını işğal etməklə ermənilər də "bufer zona" yaratmaq istəyiblər. Bu özü-özlüyündə onu göstərir ki, tarixə ciddi yanaşmaq lazımdır. Rusiyanın Sankt- Peterburq şəhərində keçmiş dumanın iclası olan sarayda İrəvandan olan deputatların şəkilləri var ki, onların da əksəriyyəti azərbaycanlıdır. Çünki 20-ci illərin əvvəllərində İrəvan şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlı idi. Rusiya Dumasında təmsil olunan deputatların da əksəriyyəti azərbaycanlı idi. Rusiya arxivlərində bir sıra sənədlər var ki, Rusiya xüsusi xidmət orqanları "Daşnaqsütun" təşkilatlarının apardıqları müharibələrdə istifadə üçün yaradıb. Onlardan hər zaman mülki əhaliyə qarşı qətllərdən və etnik təmizləmələri həyata keçirmək üçün istifadə ediblər. Bu tarixi ənənələri davam etdirərərək Azərbaycan ərazilərinin işğalında bundan istifadə ediblər".
 
Günel Hüseynli
 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR