İrəvana təhvil verilən ermənilərin AD və SOYADLARI

İrəvana təhvil verilən ermənilərin AD və SOYADLARI
SİYASƏT
14:25 07.02.2022
538
Bu gün Azərbaycan Ermənistana səkkiz erməni hərbçini təhvil verib.

Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Ermənistana təhvil verdiyimiz ermənilərin siyahısını təqdim edirik:

Sarkis Tarzyan

Vardges Balayan

Armen Petrosyan

Artur Babayan

Amayak Sarqsyan

Qurgen Qaloyan

Qriqor Kuregyan

Vaqarşak Maloyan

Xatırladaq ki, Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.
 
///Milli.Az 
OXŞAR XƏBƏRLƏR