İrəvanda aksiya: valideynlər spikeri tələb edirlər

DÜNYA
23:08 07.12.2021
229
Bu saatlarda İrəvanda növbəti aksiya keçirilir.

Parlament qarşısındakı aksiyanın ardınca Ermənistan paytaxtının mərkəzi küçələrindən biri etirazçılar tərəfindən qapadılıb.

AZXEBER.COM bununla bağlı erməni mediasına istinadən xəbər verir.
 
Bildirilir ki, əsir və itkin düşən erməni hərbçilərin valideynləri hökumət binasının qarşısına toplaşıb. Onlar spiker Alen Simonyanla görüş tələb edirlər. Etirazçılar hesab edirlər ki, Simonyan hərbçiləri fərari adlandırdığına görə, cavab verməlidir. Bildiriblər ki, Simonyan gəlməyincə, yoldan çəkilməyəcəklər və hərəkəti iflic edəcəklər.

OXŞAR XƏBƏRLƏR