İrəvanda avtobusun partlaması terror aktıdır - Rəsmi

DÜNYA
02:35 26.04.2016
2960

İrəvanda sərnişin avtobusunda partlayış partladıcı qurğunun işə düşməsi səbəbindən baş verib.APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin rəisi Vladimir Qasparyan bildirib.

“Partlayış qəlpəli yox, dalğalı olub”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, partladıcı qurğunun avtobusdakı oturacaqlardan birinin altına quraşdırıldığı ehtimal olunur.

Qeyd edək ki, son məlumata görə, insident nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR