İrəvanda hərbçilər etirazçıların tərəfinə keçdi - CANLI YAYIM

İrəvanda hərbçilər etirazçıların tərəfinə keçdi - CANLI YAYIM
DÜNYA
13:07 23.04.2018
7360
Ermənistanın ali təhsil müəssisələrinin tələbələri bu gün tətil elan edərək dərslərə girməyiblər
 
Ermənistanda kütləvi etiraz aksiyaları artəq 11-ci gündür davam edir.

AZXEBER.COM Real TV-yə istinadən xəbər verir ki, artıq etirazçılara hərbçilər də dəstək veriblər.

Son məlumatlara görə, İrəvanda hərbçilər etiraz aksiyasında iştirak edən tələbələrə qoşulublar.

Bundan əvvəl isə Ermənistanın ali təhsil müəssisələrinin tələbələri bu gün tətil elan edərək dərslərə girməyiblər. 

Onlar müxalifətin keçirdiyi etiraz aksiyalarına qoşulublar.

Tələbələr müəllimləri də etiraz yürüşünə qoşulmağa çağırıblar.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb və deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.

OXŞAR XƏBƏRLƏR