İrəvanda hərbçilərin cəsədlərinin gizlədilməsinə görə etiraz aksiyası keçirilib - FOTO

İrəvanda hərbçilərin cəsədlərinin gizlədilməsinə görə etiraz aksiyası keçirilib - FOTO
DÜNYA
21:25 02.06.2021
566
İrəvanda etirazlar səngimək bilmir.

AZXEBER.COM xəbər verir ki, bu dəfə Səhiyyə Nazirliyinin binası qarşısında aksiya keçirilib.

Yerli KİV-də yayılan məlumatlara görə, əsasən "Daşnaksutyun” partiyasının gənclər təşkilatı üzvlərindən ibarət olan bir qrup şəxs səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyanın istefasını tələb ediblər.

Etirazçılardan biri bəyan edib ki, əgər onlarda bir az da olsa, insanlıq qalıbsa, Avanesyan istefa verməlidir.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrin erməni seqmentində ölkədəki morqların birində Qarabağ döyüşlərində ölən hərbçilərin meyitlərinin plastik kisələrdə saxlanıldığını əks etdirən görüntülər yayılıb. Heç bir dondurucu vasitələr olmadan nizamsız şəkildə üst-üstə qalanan cəsədlərin bu istidə getdikcə çürüdüyü bildirilib.

Sözügedən görüntülərin yayılmasından sonra səhiyyə nazirinin istefası tələbilə aksiya keçirilib. Etirazçılar nazirliyin binası önünə plastik kisələr atıblar.

Məhz bundan sonra aksiya iştirakçılarından dörd nəfəri polis tərəfindən saxlanılıb.
 

 


OXŞAR XƏBƏRLƏR